Qətlin şahidi olan polis danışdı - “Güllələdi”

qetlin-sahidi-olan-polis-danisdi-
Oxunma sayı: 2276

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borclu olduğu sahibkarı güllələyən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Ağsu RPŞ-nın əməkdaşı Taleh Xasıyev ifadə verərək hadisəni gördüyünü deyib: "Çayxanada oturmuşduq, bir də gördük ki, Vüqar əlində silahla içəri girdi, düz Muradın qabağına gəlib onu güllələdi”.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Murad Əhməd