Qazaxda 7 yaşlı qızı ilan sancdı

qazaxda-7-yasli-qizi-ilan-sancdi
Oxunma sayı: 1566

Qazax rayon sakinini ilan sancıb.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Aslanbəyli kənd sakini 2009-cu il təvəllüdlü Aysu Mustafa qızı Qəmbərli sağ əlin ilan sancması xəsarəti ilə Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.