Qaxda ağır qəza - Ölən və yaralanan var

qaxda-agir-qeza-
Oxunma sayı: 2680

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Qarabaldır kəndi ərazisində baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralanan şəxs - Qax rayonu, Zəyəm kənd sakini, 1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun vəziyyətinin ağır olduğu bildirilir.