Qaxda 40 yaşlı kişini “tok” vurdu

qaxda-40-yasli-kisini-tok-vurdu
Oxunma sayı: 1065

Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 
Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 2-si saat 15 radələrində rayonun Xələftala kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı A.Papiyaşvilinin öldüyü məlum olub. Araşdırma zamanı məlum olub ki, A. Papiyaşvili yaşadığı ərazidə qanunsuz olaraq transformatora müdaxilə edib və bu zaman onu elektrik cərəyanı vurub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.