Qatar vurdu, öldü

qatar-vurdu-oldu
Oxunma sayı: 1571

Bərdə sakinini elektrik qatarı vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə martın 22-də saat 01 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən qorunmayan keçiddə baş verib.

Şəhər sakini Bəxtiyar Alışov dəmir yolu xəttini keçərkən elektrik qatarı ilə vurulub və nəticədə B.Alışov hadisə yerində ölüb.

Araşdırma aparılır.