Qarğıdalı satan oğlan özünü qurban verdi - Şıxda faciə

qargidali-satan-oglan-ozunu-qurban-verdi-
Oxunma sayı: 28310

Bakıda Şıx çimərliyində bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun AzNews.az-a istinadən məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb.

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat yayıb.

Məlumata əsasən, xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.