Qardaşını güllələyənə həbs verildi - 18 il

qardasini-gulleleyene-hebs-verildi-
Oxunma sayı: 1185

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını güllələyib öldürən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Şamaxı rayonunda baş verib. Rusiyadan toya gələn A.Rəşidzadəyə anası qardaşı ilə ailəsinin arasında olan problemi həll etməsini istəyib. Əlində silah olan A.Rəşidzadə qardaşı arvadına yaxınlaşıb, lakin əsəbi söhbət insidentlə yekunlaşıb. İttihama görə, A.Rəşidzadə qardaşı Azəri sinəsindən, öz arvadını əlindən güllələyib. Sonra isə yerdə yıxılan qardaşını başından təpikləyib.

Murad Əhməd