Qardaşın bacısını öldürməyinin səbəbi - “Deyib ki, niyə səs salırsan?”

qardasin-bacisini-oldurmeyinin-sebebi
Oxunma sayı: 4219

Xəbər verdiyimiz kimi, dünən paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında qətl hadisəsi qeydə alınıb. Səhər saatlarında Emin Çobanov münaqişə zəminində bacısı Rübabəyə mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, ailənin yaxınları hadisənin qeyri-ciddi səbəblərdən baş verdiyini danışırlar:

“Səhər tezdən durub ki, hazırlaşsın işə getsin. Nəsə səs olub. Bu da yerindən durub, gəlib deyib ki, niyə səs salırsan? Qız sonra oğlana deyib ki, niyə mən nəsə səs eləyəndə, deyirsən ki, səni təpiyimin altına salacağam? Oğlan da qayıdıb ki, az danış. Sonra da mübahisə başlayıb”.

Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində Emin Çobanov saxlanılıb. Qonşuların verdiyi məlumata görə,qardaşla bacı arasında bu cür mübahisələr tez-tez baş verib.