Qaradağda mağaza yandı

qaradagda-magaza-yandi
Oxunma sayı: 638

Qaradağ rayonunda yanğın hadisəsi baş verib. 

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb. Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.