Qarabağ əlili intihar etdi

qarabag-elili-intihar-etdi
Oxunma sayı: 2567

Ucarda intihar hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.