Qadının pul qabını götürüb qaçan kişi saxlanıldı

qadinin-pul-qabini-goturub-qacan-kisi-saxlanildi
Oxunma sayı: 924

Bakıda bir neçə gün öncə mağazada soyğunçuluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səhər saat 06:30 radələrində S.Rəhman küçəsində yerləşən mağazada naməlum şəxs orada işləyən Qəbələ sakini 1980-cı il təvəllüdlü Sevil Səlimovanın içərisində 120 manat və mobil telefon olan pul qabısını piştaxtanın üzərindən götürüb qaçıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əıməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseyn Qasımov saxlanılıb.

Murad Əhməd