Qadını evində öldürüb təslim oldu

qadini-evinde-oldurub-teslim-oldu
Oxunma sayı: 1592

Gəncə şəhərində qətl törədən şəxs könüllü təslim olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 4-də Gəncə şəhərinin Avtozavod qəsəbəsində yaşayan Nahidə İsmayılovanın evində tanışı İlham Abbasov münaqişə zəminində ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.

İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olub.

Xəstəxanaya yerləşdirilən N.İsmayılova orada ölüb.

Araşdırma aparılır.

Murad Əhməd