Qadın oğurluq etdiyi evi yandırdı

qadin-ogurluq-etdiyi-evi-yandirdi
Oxunma sayı: 921

Füzuli rayonunda oğurluq etdiyi evi yandırmaqda şübhəli bilinən qadın saxlanılıb.

QafqazinfoDaxili İşlər Nazirliyinin rəsmi saytına isinadən xəbər verir ki, fevralın 11-də Füzuli rayonunda yaşayan Mədinə İsmayılovanın evindən məişət əşyaları oğurlamaqda, habelə evi qəsdən yandırmaqda şübhəli bilinən həmyerlisi Nazilə Novruzova Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.