Qadın dərmandan zəhərləndi

qadin-dermandan-zeherlendi
Oxunma sayı: 988

Daşkəsəndə dərman zəhərlənməsi olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə rayonun Çovdar kənd sakini, 1973-cü il təvəllüdlü Sara Ağayeva dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

S. Ağayevaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi məlum deyil.