Qadın alverçisi tutuldu

qadin-alvercisi-tutuldu
Oxunma sayı: 2360

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilmiş Gəncə şəhər sakini Aygün Xankişiyeva tutulub.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub və faktla əlaqədar cinayət işi başlanılıb.