Qaçırdıqları maşına oğurluq nömrə taxıb sürdülər

qacirdiqlari-masina-ogurluq-nomre-taxib-surduler
Oxunma sayı: 1088

Bakıda maşın oğurlayıb Kürdəmirə aparan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 1-də Kürdəmir rayonu ərazisində “VAZ-2107” markalı avtomobil şübhə doğurduğundan Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı avtomobilin dövlət qeydiyyat nişanlarının yük yerində olması, üzərindəki nömrənin isə Qobustan rayon sakini M.Eyyubova məxsus “Opel”ə aid olması müəyyən edilib. “VAZ-2107”-i idarə edən Bakı şəhər sakini Rövşən Mazanov və sərnişini Tovuz rayon sakini Vüqar Məmmədovun avtomobili paytaxtın Yasamal rayonu ərazisindən qaçırmaları bəlli olub. “07”nin üzərində olan dövlət qeydiyyat nişanlarını isə Yeni Yasamal-1 yaşayış sahəsində “Opel” markalı avtomobildən oğurlamaları müəyyən edilib.

R.Mazanov və V.Məmədov avtomobillə birlikdə Yasamal RPİ 29-cu PB-yə təhvil veriliblər.

Murad Əhməd