“Polislər qoymadı çəkim” - Narkotik alverçisinə hökm oxundu

polisler-qoymadi-cekim-
Oxunma sayı: 1053

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xandadaş Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə X.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qram heroin aşkar edilib.

O istintaqa ifadəsinə narkotiki şəxsi istifadəsi üçün aldığını deyib: “Özüm çəkmək üçün almışdım, polislər gəlib tutdu, qoymadılar çəkim”.

Murad Əhməd