Polis səhvən narkotik satışını reklam etdi

polis-sehven-narkotik-satisini-reklam-etdi
Oxunma sayı: 1365

Rusiyanın Omsk əyalətinin təhlükəsizlik qurumu gözlənilməz səhvə yol verib.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, polis səhvən narkotiklərin satışını həyata keçirən onlayn ünvanı reklam edib.

Belə ki, polis “Vkontakt” və “Tvitter” hesabında narkotik satışı təklif edən müəyyən saytlardan istifadə etməməyə çağırıb. Ancaq bu zaman səhlənkarlığa yol verilərək həmin saytların adlarını nəzərdən qaçıb.

Nöqsan sosial şəbəkə istifadəçilərinin bildirişindən sonra aradan qaldırılıb.