Polis Bakıdakı “viza dələduzu”nu axtarır

-polis-bakidaki-viza-deleduzunu-axtarir
Oxunma sayı: 1418

Bakıda vətəndaşlara viza almağa kömək adı ilə külli miqdarda pul alıb onlara saxta sənədlər verən şəxs barəsində şikayətçilərin sayı hər gün artır.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 24-də paytaxt sakinləri olan daha 3 nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun saxta viza düzəldərək aldatma yolu ilə onlardan ümumilikdə 3476 manat pul aldığını bildiriblər.

A.Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat tədbirləri aparılır.

Qeyd edək ki, daha öncə də 11 nəfər polisə müraciət edərək A.Xəlilovun onlardan ümumilikdə 16 min 773 manat aldığını bildirib.

Murad Əhməd