“Poçt”a gedən yolda maşın vurdu

pocta-geden-yolda-masin-vurdu
Oxunma sayı: 1158

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Poçt” qəsəbəsinə gedən yolda qeydə alınıb.

Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən Daşkəsən rayonu, Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Sadiqov Vaqifi vurub. Sürücü xəsarət alan piyadanı Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına aparıb. Kimliyi məlum olmayan piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.