Paşazadənin ortağı üçün 11 il həbs tələbi

pasazadenin-ortagi-ucun-11-il-hebs-telebi
Oxunma sayı: 1864

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə cəza istənilib.

Dövlət ittihamçısı M.Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Həşimov millət vəkili Cavanşir Paşazadənin bizes ortağı olub. M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.
Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.

Müğdət Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Bu iş üzrə “hacı Mazan” ləqəbli iş adamı Ramazan Zeyalov zərərçəkmiş şəxs kimi tanınıb.

Murad Əhməd