Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib

partlayis-olan-evin-sahibi-yuksek-vezifeli-sexsdir
Oxunma sayı: 21006

Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir. 

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

***

Lent.az-ın məlumatına görə, Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alanlar 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib: “Hazırda üçünün də vəziyyəti ağırdır”.