Özünü yandıran şəxs vəfat etdi

ozunu-yandiran-sexs-vefat-etdi
Oxunma sayı: 2174

İki gün əvvəl Bakıxanov qəsəbində özünü yandıran şəxs xəstəxanada vəfat edib.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, Axundov küçəsi 10 ünvanında üzərinə benzin tökərək özünə od vuran 37 yaşlı Fəzail Cəbrayılov 5 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Bədəninin 70 faizdən çox hissəsi, eləcə də tənəffüs yolları yanan şəxs bu gün ölüb.

İntihar faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.