Özünü qatarın altına atanın meyiti çıxarıldı- - Metroda faciə+yenilənib

ozunu-qatarin-altina-atanin-meyiti-cixarildi-
Oxunma sayı: 2865

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı “Qafqazinfo”ya  faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

***

Hadisə şahidləri "Qafqazinfo"ya bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

***

ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.

***

Nəsimi Paşayev "Qafqazinfo"ya bildirib ki, intihar edənin şəxsiyyəti hələ ki,  müəyyənləşməyib: “Qatarın hərəkəti dayandırılıb. Şəxsin meyiti hazırda reysdən çıxarılır".

*** 

Qeyd edək ki,  “28 May” stansiyasın həm girişi, həm də çıxışı bağlanıb.

***

Artıq həlak olan oğlanın meyiti çıxarılıb və metroda hərəkət bərpa edilib.

***

Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. 

Hazırda fakt üzrə araşdırma aparılır.

“Qafqazinfo”