Özünü öldürmək üçün körpüyə çıxdı - Bakıda

ozunu-oldurmek-ucun-korpuye-cixdi-
Oxunma sayı: 2607

Bakıda intihara cəhdin qarşısı alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Nizami rayonunda bir nəfər intihar etmək məqsədi ilə körpünün üstünə çıxıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:17-də başa çatıb.