Özünü evində asdı

ozunu-evinde-asdi
Oxunma sayı: 2063

Goranboy rayon sakini intihar edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Yeni Veyisli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1952-ci il təvəllüdlü Məhkəmə Yusifov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.