Ov edərkən özünü güllələdi

ov-ederken-ozunu-gulleledi
Oxunma sayı: 1362

Xızı rayon sakini, 46 yaşlı Qulu Sadiqov ov etmək istəyərkən özünü tüfənglə yaralayıb.

"Qafqazinfo" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, ayaq nahiyəsindən güllə yarası alıb. Xızı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını dərhal əməliyyat ediblər. Xəstəxanadan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilib. Hadisə tüfənglə ehtiyatsız rəftar səbəbindən baş verib.

Hadisənin təfərrüatlarını Xızı rayonunun hüquq-mühafizə orqanları araşdıracaq.