“Ördəkləri yemlədikdən sonra özünü asıb...” - Cəmi 12 yaşı vardı

ordekleri-yemledikden-sonra-ozunu-asib
Oxunma sayı: 9541

Şabran rayonunda intihar olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşlıyataq kəndində qeydə alınıb. 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu özünü asıb.

6-cı sinif şagirdi olan E. Mütəllibovun intiharının səbəbləri araşdırılır.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Lent.az-ın məlumatına görə, Mütəllimov Elnur Sahib oğlunun yaxınları bildiriblər ki, onun ailəsində heç bir problem olmayıb.

Bildirilib ki, Daşlıyataq kəndində orta məktəb 4 illik olduğundan o təhsilini Ağalıq kənd orta məktəbində davam etdirirmiş. Bu gün 12 yaşlı Elnur dərsə getməyib o, səhər saatlarında qoyunları otarmaq üçün sahəyə gedib. Günorta saatlarında isə Elnur növbəsini qardaşı ilə dəyişib və kəndə nahar etməyə gəlib. Həyətə daxil olan yeniyetmə ördəkləri yemlədikdən sonra tövləyə keçib və burada özünü asıb.

E.Mütəllimovun təhsil aldığı Ağalıq kənd orta məktəbinin direktoru Nazilə Camayeva Lent.az-a bildirib ki, həmin şagirdin qiymətləri orta olub və davamiyyətində ciddi problem olmayıb: “Çox tərbiyəli, məsuliyyətli şagird idi. Təlimi əla olmasa da, davranışları, psixoloji vəziyyəti yaxşı idi. Uşaqlarla dostluq edirdi, hamı ilə münasibət saxlayırdı”.