“Opel” yandı

opel-yandi
Oxunma sayı: 624

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə löhvəsi yanıb, yüksək temperaturdan qabaq oturacaqlar və salonun üzlük hissəsi qismən qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.