On minlik oğurluğun - Videogörüntüsü

on-minlik-ogurlugun-
Oxunma sayı: 1827

Kərimov Elmir adlı şəxs sahib olduğu Davud marketdən edilən oğurluqla bağlı Bizimyol.info-nun redaksiyasına görüntülər göndərib.

"Qafqazinfo" xəbər verir ki, Füzuli rayonundan məcburi köçkün olan Kərimov Elmirin dediyinə görə oğurluq hadisəsi Beyləqan rayonunun Birinci Şahsevən kəndindəki Davud marketdə yaşanıb. Mağazadan 10200 manatı oğurlayan şəxslərdən Əzizov Elşən Faiq oğlu tutulsa da, digər oğru Hüseynov Tural Hüseyn oğlu hələ də axtarışdadır. Mağaza sahibi cinayət işinin açıldığını, lakin 2-ci oğrunun artıq 3 aydan çoxdur ki, axtarıldığını deyir. Həmin görüntüləri təqdim edirik: