Ölümlə hədələyib pul istəyən həbs olundu

olumle-hedeleyib-pul-isteyen-hebs-olundu
Oxunma sayı: 757

Xaçmaz rayon sakini tutulub.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, əməliyyatı-axtarış tədbirini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib.

Nəticədə iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.