Oğuzdakı yanğına FHN-in helikopterləri cəlb edildi

oguzdaki-yangina-fhn-in-helikopterleri-celb-edildi
Oxunma sayı: 1279

Oğuzda meşə sahəsində yanğın davam edir.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, avqustun 23-də Oğuz rayonu, Xaçmaz kəndində dağlıq ərazidə meşə sahəsində baş vermiş yanğının söndürülməsi üçün əlavə olaraq nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb edilib.

Yanğının söndürülməsi işləri davam etdirilir.