Oğuzda meşə yanır

oguzda-mese-yanir
Oxunma sayı: 1181

Böyük Qafqaz sıra dağlarının Oğuz rayonu ərazisindəki meşələrdə yanğın hadisəsi baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, rayonun Xaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar qeydə alınır.

Rayon sakinlərinin verdiyi məlumata görə, hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.

Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, indi yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.