Oğru qadını boğmaq istədi, oğlunu bıçaqladı - Şirvanda

ogru-qadini-bogmaq-istedi-oglunu-bicaqladi-
Oxunma sayı: 2279

Yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.