Oğlanın sevgilisi ilə meyiti qarajda tapıldı - Sumqayıtda dəhşət+Foto

oglanin-sevgilisi-ile-meyiti-qarajda-tapildi
Oxunma sayı: 48540

Sumqayıtda dəhşətli hadisə baş verib.

Sumqayıt Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.

Qafqazinfo” hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.

Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.

***

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.

Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir. Kənan isə Ukraynada təhsil alıb.