Notbuk oğrusuna 7 il həbs verildi

notbuk-ogrusuna-7-il-hebs-verildi
Oxunma sayı: 968

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndirilir. O, mağazalardan notbuk oğurlayaraq satmaqda ittiham edilir.

Murad Əhməd