“NİDA”çıya 30 sutka verildi - Maddəsi bilindi

nidaciya-30-sutka-verildi
Oxunma sayı: 1524

“NİDA” Vətəndaş Hərəkatının üzvü Rəhim Vəliyev dünən günorta saatlarında saxlanılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

R.Vəliyevə Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Onun hansı maddə ilə ittiham olunduğu hələ ki, bəlli deyil.

C.Cavadov qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

***

Rəhim Vəliyevin hansı maddə ilə ittiham olunduğu bəlli olub. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qaninu əmrinə tabe olmama) maddəsi ilə ittiham edilib.

Murad Əhməd