“Nida”çı gəncin məhkəməsi başlayır

nidaci-gencin-mehkemesi-baslayir
Oxunma sayı: 1188

“Nida” Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesinin ilkin hazırlıq iclası təyin olunub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən E.Qəhrəmanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

İlkin hazırlıq prosesi dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, E.Qəhrəman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir. O avqustun ayında saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, onun üzərindən 3, 315 qram heroin aşkarlanıb.

E.Qəhrəman ittihamı qəbul etmir.

Murad Əhməd