“Nida”çı gəncə hökm oxundu

nidaci-gence-hokm-oxundu
Oxunma sayı: 1189

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hokum ilə E.Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Qəhrəman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir. O avqustun ayında saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, onun üzərindən 3, 315 qram heroin aşkarlanıb.

E.Qəhrəman ittihamı qəbul etmir.

Murad Əhməd