Nəsimidə mənzil yandı

nesimide-menzil-yandi
Oxunma sayı: 978

Nəsimi rayonunda mənzil yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 0.5 kv.m sahədə döşəmə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:30-da söndürülüb.