Nəcməddin Sadıqovun yeznəsi saxlanıldı

necmeddin-sadiqovun-yeznesi-saxlanildi
Oxunma sayı: 13882

Dərbənd Pedaqoji Kollecinin direktoru Şarafutdin Seyidov iyunun 22-də öz kabinetində rüşvət alarkən cinayət başında yaxalanıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dağıstanda çıxan “Çernovik”qəzeti yazıb.

Məmur Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Məlum olub ki, direktor 160 min rubl rüşvəti, Rutulski rayonunun Kufa kənd sakini Rəsul İsmayılovdan kollecə düzələrkən işini müsbət həll edəcəyinin müqabilində alıb. Lakin saxlanılan direktoru elə həmin gün ev dustaqlığına buraxıblar.

Qeyd edək ki, Şarafutdin Seyidov Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıqovun yeznəsi-bacısının həyat yoldaşıdır.