Nazirliyin həbsdəki sabiq vəzifəliləri haqda - Yeni xəbər

nazirliyin-hebsdeki-sabiq-vezifelileri-haqda
Oxunma sayı: 4091

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq vəzifəli şəxslərinin həbs müddəti artırılıb.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, prokurorluq orqanının vəsatətlərinə Səbail rayon məhkəməsində baxılıb. Məhkəmənin qərarları ilə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və qurumun sabiq baş mühasibi Oqtay Rüstəmovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Fevral ayında məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qərarı 3 ay uzadılmışdı.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.