Natiq Kərimovun məhkəməsinin vaxtı açıqlandı

natiq-kerimovun-mehkemesinin-vaxti-aciqlandi
Oxunma sayı: 843

Dövlətə xəyanətdə təqsirləndirilənlər - Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və İslam Partiyasının sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesinin ilkin hazırlıq iclası təyin olunub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, proses hakim Əhməd Quliyevin sədrliyi ilə yanvarın 23-də başlayacaq.

Xatırladaq ki, bundan öncə hazırlıq iclası hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib. E.İsmayılov işin istintaqını aparan Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqləri arasında oğlu Emil İsmayılzadənin olduğunu əsas gətirərək özünə etiraz edib. Buna görə də iş başqa hakimin icraatına verilib.

Qeyd edək ki, N.Kərimov və İ.Əhədov xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edərək dövlət təhlükəsizliyi zərərinə casusluq etməkdə ittiham olunurlar.

Murad Əhməd