Narkotik istifadəçisi və alverçisi saxlanıldı

narkotik-istifadecisi-ve-alvercisi-saxlanildi
Oxunma sayı: 1195

Lənkəran şəhərində narkotik istifadəçisi və həmin maddəni ona satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Girdəni kənd sakini Nazir Baxşızadədən 0,254 qram heroin götürülüb.

Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satan şəhər sakini Ramin Nuriyev də müəyyən edilərək tutulub. Ondan 0,251 qram, evinə baxış zamanı isə 32,716 qram heroin, elektron tərəzi, narkotik vasitənin qəbul edilməsi üçün ləvazimatlar və 7 ədəd patron aşkar edilərək götürülüb.

Murad Əhməd