Narkotik alverçisinə hökm oxundu - 11 il

narkotik-alvercisine-hokm-oxundu
Oxunma sayı: 890

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hicran Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə H.Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Babayevin üzərindən və yaşadığı ünvandan külli miqdarda narkotik maddə aşkarlanıb. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd