Nardaranda yollara daş-dəmir töküblər - Fotolar

nardaranda-yollara-das-demir-tokubler
Oxunma sayı: 17122

Nardaranda Tale Bağırzadənin bir qrup tərəfdarı "İmam Hüseyn" meydanına toplaşıblar. Onlar özləri ilə daşlar, dəmir parçaları gətiriblər.

“Qafqazinfo” xəbər verir ki, Bizimyol.info-ya istinadən xəbər verir ki, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.

Qeyd edək ki, bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.

Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.