Nardaranda ölən ikinci polisin də adı bilindi - Siyahı

nardaranda-olen-ikinci-polisin-de-adi-bilindi
Oxunma sayı: 10644

Dünən Nardaranda baş verən silahlı insidentdə ölənlərin adları məlum olub.

“Qafqazinfo” haqqin.az-a istinadən xəbər verir ki, ölən polislər Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğludur.

Ölən dini ekstremist qruplaşmanın üzvləri isə Babayev Əkbər Nazim oğlu, Səfərov Sərvan Şirvan oğlu, Bünyatov Rafael Zeynalabdin oğlu və Abbas Hüseyndir.

Sonuncu xəstəxanada dünyasını dəyişib.