Nardaranda atışma - 2 nəfər öldürülüb + yenilənib +Video

nardaranda-atisma
Oxunma sayı: 35161

Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

“Qafqazinfo” xəbər verir ki, yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb.

 ***

Azadliq.org hadisə nəticəsində iki nəfərin həlak olduğu haqda xəbər verir. Sayt həmçinin Hacı Taleh Bağırzadənin saxlandığı haqda məlumat yayıldığını bildirir. Nardaran ağasaqqalı Hacı Natiq Kərimov AzadlıqRadiosuna hadisənin baş verməsini təsdiqləyib. Amma dəqiq məlumatı olmadığını bildirib: "İndi mən özüm Bakıdayam. Elə xəbəri telefonla mənə bildirdirlər. Dəqiq bilmirəm nə və nə üçün baş verib".

***

Sabunçu Rayon Prokurorluğundan “Qafqazinfo”ya Nardaran qəsəbəsində əməliyyat keçirilməsi haqda xəbər təsdiqlənib.

***

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qeyd edilənlərlə bağlı Baş Prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır. İctimaiyyətə məlumat veriləcək.

***

Sabunçu Rayon Xəstəxanasından "Qafqazinfo"ya verilən məlumata görə, hadisədən sonra 3 nəfər xəstəxanaya gətirilib.

***

"Qafqazinfo"ya daxil olan məlumata görə, artıq Hacı Talenin həbs xəbəri təsdiqlənib. 

***

İslamazeri.az saytının xəbərinə görə, ilahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub.

***

"Qafqazinfo"nun əməkdaşları hazırda Sabunçu xəstəxanası kimi tanınan 3 saylı şəhər Klinik Xəstəxanasındadırlar. Buraya gətirilən 3 nəfərin yaxınları və polis əməkdaşları xəstəxananın həyətinə yığışıblar.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yaralananlar arasında polis əməkdaşları da var.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

Video Azadliq Radiosuna məxsusdur.