“Nardaran işi” ilə bağlı Baş Prokurorluğa - Müraciət

nardaran-isi-ile-bagli-bas-prokurorluga-
Oxunma sayı: 2241

Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Lent.az-a vəkilin özü məlumat verib.

F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfindən iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirirlər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.