Motosiklet maşınla toqquşdu - Sürücüsü yaralandı

motosiklet-masinla-toqqusdu-
Oxunma sayı: 975

Salyanda avtomobil motosikletlə toqquşub, bir nəfər xəsarət alıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, axşam saatlarında Salyan rayonunun Dayıkən kəndində VAZ markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Astara sakini, 1988-ci il təvəllüdlü Ramazanov Elvin Hacıbala oğlu kəllə-beyin travması ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYP-də araşdırma aparılır.